“NBC News”: Tramp diplomatiya əvəzinə hərbi əməliyyatlara üstünlük verib

2026/06/1780723671.jpg
Oxunub: 308     20:42     11 İyun 2026    
ABŞ və İran arasında vasitəçilik prosesində iştirak edən yüksəkvəzifəli danışıqlar iştirakçısı Prezident Donald Trampın hərəkətlərindən narazılığını ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Mənbənin sözlərinə görə, ABŞ tərəfinin əlində artıq İranla razılaşmanın hazır mətn variantı olub. Lakin Vaşinqton diplomatik prosesi davam etdirmək əvəzinə hərbi əməliyyatlara keçmək qərarı verib.

Danışıqlar iştirakçısı bildirib ki, Trampın əlində artıq yekun razılaşma mətni var idi və yenilənmiş təklifin İranın baş danışıqlarçısı, parlament sədri Məhəmməd Baqir Qalibafa təqdim edilməsi planlaşdırılırdı.

Onun sözlərinə görə, bunun əvəzinə ABŞ tərəfindən hərbi əməliyyatların həyata keçirilməsi danışıqlar prosesinə ciddi zərbə vurub və tərəflər arasında razılığın əldə olunmasını daha da çətinləşdirib.

Mənbə hesab edir ki, bu addım diplomatik səylərin zəifləməsinə və müzakirələrin gələcək perspektivlərinin qeyri-müəyyənləşməsinə səbəb olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin