“Reuters”: ABŞ dünyada ən böyük neft ixracatçısına çevrilib

2026/06/1780328805.jpg
Oxunub: 195     09:42     12 İyun 2026    
ABŞ neft ixracı sahəsində dünyada birinci yerə yüksələrək uzun illər davam edən ənənəvi düzəni dəyişib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“ABŞ uzun müddət Səudiyyə Ərəbistanının üstünlük təşkil etdiyi sistemi dəyişərək dünyanın ən böyük neft ixracatçısına çevrilib. Bu dəyişiklik Vaşinqtonun İrana qarşı müharibəsinin qlobal enerji ticarətini yenidən formalaşdırdığı bir vaxtda Amerika şirkətlərinin enerji bazarları üzərində nəzarətini daha da gücləndirir”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ABŞ uzun illər Yaxın Şərq neftindən asılı vəziyyətdə olub. 1973-cü ildə ölkə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) tətbiq etdiyi neft embarqosundan ciddi zərər görmüşdü. Həmin embarqo ABŞ-nin İsrailə verdiyi dəstəyə cavab olaraq tətbiq edilmişdi.

“Gəmilərin hərəkətini izləyən “Vortexa” xidmətinin məlumatına görə, may ayında ABŞ-dən neft və yanacaq ixracı hasilatın yüksək səviyyədə qalması və strateji ehtiyatların istifadəyə verilməsi hesabına gündəlik təxminən 10,5 milyon barrelə yüksəlib. Bunun nəticəsində ABŞ ardıcıl üçüncü ay dünyanın ən böyük neft ixracatçısı olub”, - deyə materialda qeyd edilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Neft  


Bizi "telegram"da izləyin