Albaniyanın Baş naziri Edi Rama Azərbaycan Prezidentini təbrik edib

2026/06/1781196394.jpg
Oxunub: 198     20:42     11 İyun 2026    
Albaniyanın Baş naziri Edi Rama Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Ordu.az məktubu təqdim edir:

"Zati-aliləri.

Azərbaycanın Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Fürsətdən istifadə edərək ölkələrimiz arasında mükəmməl səviyyədə olan əməkdaşlığa görə Sizə minnətdarlığımı bildirirəm. İkitərəfli əlaqələrimizin daha da genişləndirilməsinə həmişə hazır olduğumuzu bir daha təsdiqləyirəm.

Ölkənizə davamlı tərəqqi arzulayır, Zati-alinizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Albaniya   Azərbaycan  


Bizi "telegram"da izləyin