İran: Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq

2026/05/1779768577.jpg
Oxunub: 189     20:54     11 İyun 2026    
Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq.

Ordu.az xəbər verir ki, bu barədə İranın Hörmüz boğazında gəmiçiliyi tənzimləmək məqsədilə təsis etdiyi Fars Körfəzi Boğazı İdarəsi (Persian Gulf Strait Authority - PGSA) məlumat yayıb.

"Bölgədə Amerika silahlı qüvvələrinin yaratdığı gərginlik və İran ordusunun ötən gecəki bəyanatı ilə əlaqədar olaraq Hörmüz boğazı növbəti bildirişə qədər bağlanacaq", - məlumatda bildirilib.

Keçid icazəsi almış şəxslərin PGSA-dan növbəti göstərişləri gözləməli olduqları əlavə olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin