Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, iyunun 10-da Ermənistan Müdafiə Nazirliyinin zabiti N.A.-nın ölümü faktı üzrə cinayət işi başlanıb.
Hazırda hadisənin bütün halları araşdırılır və istintaq tədbirləri davam etdirilir.
Ermənistan KİV-lərinin yaydığı məlumatlara görə, hadisə Bağramyan hərbi təlim poliqonunda baş verib.
Bildirilir ki, erməni zabit tank təlimləri zamanı ölüb. Hadisənin səbəbləri ilə bağlı rəsmi məlumat verilməyib.
Alpər Mövludoğlu
Ordu.az