Xorvatiyanın Baş naziri: "Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır"

2026/06/1780659605.jpg
Oxunub: 141     15:29     05 İyun 2026    
Azərbaycan Avropanın enerji təhlükəsizliyində böyük rol oynayır və Xorvatiyanın da enerji tərəfdaşıdır.

Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti üçün Tivatda olan Xorvatiya Baş naziri Andrey Plenkoviç "Report"un Balkan bürosuna açıqlamasında deyib.

O qeyd edib ki, enerji marşrutları, xüsusilə də Orta Dəhliz çərçivəsindəki marşrutlar bütün Avropa İttifaqının enerji təchizatının təhlükəsizliyi baxımından son dərəcə vacibdir:

"Azərbaycan və digər Qafqaz ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri bu sahədə mühüm rol oynayırlar. Buna görə də Xorvatiyanın həm Qafqaz, həm də Mərkəzi Asiya ölkələri enerji sahəsində əməkdaşlığı getdikcə genişlənir və inkişaf edir".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Xorvatiya   Azərbaycan   Avropa  


Bizi "telegram"da izləyin