Müxalifətin 4 qüvvəsi birlikdə 46,6 faiz, Paşinyanın partiyası isə 32,4 faiz toplayır - SORĞU

2026/04/1775888747.jpg
Oxunub: 202     14:10     05 İyun 2026    
“İyunun 7-də keçiriləcək parlament seçkilərində respondentlərin 32,4 faizi hakim “Vətəndaş Müqaviləsi” partiyasına səs verməyə hazır olduğunu bildirib”.

Ordu.az xəbər verir ki, bunu “Gallup International Association”ın Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan iyunun 5-də jurnalistlərlə görüş zamanı keçirilən sorğunun nəticələrini təqdim edərkən deyib.

Sorğunun nəticələrinə görə, “Güclü Ermənistan” partiyalar blokuna 16,4 faiz, “Hayastan” partiyalar blokuna 15,2 faiz, “Çiçəklənən Ermənistan” partiyasına 8,8 faiz, “Birliyin Qanadları” partiyasına isə 6,2 faiz respondent səs verməyə hazırdır.

Beləliklə, parlamentə keçid baryerini aşan dörd müxalif qüvvə birlikdə 46,6 faiz səs toplayır, hakim partiya isə 32,4 faiz dəstəyə malikdir.

Respondentlərin 3,2 faizi “Demokratiya, Qanun və İntizam” partiyasına, 3,1 faizi “İşıqlı Ermənistan” partiyasına, 2,1 faizi “Yeni Güc” partiyasına, 2 faizi “Hamısına Qarşıyam” partiyasına, 1,5 faizi “Respublika” partiyasına səs verməyə hazır olduğunu bildirib.

Bundan əlavə, “Respublika naminə Demokratiya Müdafiəçiləri Alyansı” partiyasına 0,2 faiz, “Koçari - Milli Dirçəliş və Millətin Oyanışı” partiyasına 0,1 faiz, “Erməni Milli Konqresi”nə 0,3 faiz, Xristian-Demokrat Partiyasına 0,1 faiz, “Milli-Demokratik Qütb” partiyasına 0,1 faiz, “Demokratik Birləşmə” partiyasına isə 0,1 faiz dəstək ifadə olunub.

Sorğuda iştirak edənlərin 4,2 faizi suala cavab verməkdən imtina edib, 3,4 faizi isə cavab verməkdə çətinlik çəkib.

Sorğu iyunun 2-3-də keçirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sorğu  


Bizi "telegram"da izləyin