Rusiya Təhlükəsizlik Şurası: Rusiya Cənubi Qafqaz məsələlərinə Aİ və ABŞ-nin müdaxilə cəhdlərinə təəccüblənir

2026/06/1780636674.jpg
Oxunub: 203     14:14     05 İyun 2026    
“Rusiya Avropa İttifaqı və ABŞ-nin Cənubi Qafqazda regional təhlükəsizlik məsələlərinin həlli prosesinə müdaxilə cəhdlərini təəccüblə qarşılayır”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksey Şevtsov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, regiondan kənarda yerləşən ölkə və təşkilatların regional problemlərin həllinə müdaxilə etməyə çalışması təəccüb doğurur.

“Yumşaq desək, regional məsələlərimizin həllinə ümumiyyətlə regiondan kənarda olan ölkə və təşkilatların müdaxilə etməyə çalışması təəccüb doğurur. Əlbəttə ki, söhbət Avropa İttifaqı və ABŞ-dən gedir”, - deyə Şevtsov “3+3 platforması: ümumi çağırışlar və strateji tərəfdaşlıq” adlı sessiyada bildirib.

Şevtsov diqqətə çatdırıb ki, “3+3” platformasının bütün iştirakçıları regional təhlükəsizlik problemlərinin həllinin artıq çoxdan yetişmiş zərurət olduğunu vurğulayırlar.

O qeyd edib ki, regional problemlər regional həll yolları tələb edir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Şevtsov   Ermənistan  


Bizi "telegram"da izləyin