Rusiya XİN azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib

2026/05/1779979459.jpg
Oxunub: 203     15:01     05 İyun 2026    
Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində azərbaycanlı dənizçilərin həlak olması ilə əlaqədar başsağlığı verib.

Ordu.az xəbər verir ki, bu barədə "News.ru" məlumat yayıb.

"Həlak olmuş azərbaycanlı dənizçilərin doğmalarına və yaxınlarına səmimi başsağlığımı bildirmək istərdim. Ölüm həmişə faciə, kədərdir", - Qaluzin bildirib.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) məlumatına görə, Azov dənizinin Taqanroq körfəzində iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində ölkənin beş vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   XİN   Azərbaycan  


Bizi "telegram"da izləyin