CNN: USS “Gerald R. Ford” aviadaşıyıcısının təmiri bir il çəkə bilər

2026/06/1780654873.jpg
Oxunub: 179     14:21     05 İyun 2026    
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS “Gerald R. Ford” aviadaşıyıcısının təmirinin bir il davam edə biləcəyi bildirilir. Buna səbəb gəminin İrana qarşı hərbi əməliyyatlar zamanı əvvəl açıqlanandan daha ciddi zədələr almasıdır.

Ordu.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, mart ayında aviadaşıyıcıda baş verən yanğın Hərbi Dəniz Qüvvələrinin rəsmi açıqlamalarında göstəriləndən daha ciddi olub. Yüksəkvəzifəli ABŞ rəsmisinin sözlərinə görə, gəminin yanğınsöndürmə sistemi işləməyib və ekipaj üzvləri alovla özləri mübarizə aparmağa məcbur olublar.

Yanğını yalnız 30 saatdan sonra söndürmək mümkün olub. CNN-ə danışan dənizçilərdən biri bildirib ki, bir müddət gəmini itirəcəklərini düşündüyünü gizlətməyib. Telekanal xatırladıb ki, aviadaşıyıcıda digər ciddi problem kanalizasiya sisteminin sıradan çıxması olub.

USS “Gerald R. Ford” may ayında Virciniya ştatındakı Norfolk bazasına qayıdıb. Gəmi dənizdə rekord sayılan 11 ay xidmət aparıb.

Bu müddətdə aviadaşıyıcı Avropadan Karib hövzəsinə köçürülərək Venesuelada əməliyyatlarda iştirak edib, daha sonra isə Yaxın Şərqə göndərilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Gəmi  


Bizi "telegram"da izləyin