Zaxarova: "Azərbaycanlı dənizçilərlə bağlı insidentə görə Moskva Bakı ilə sıx təmasdadır"

2026/06/1780488600.jpg
Oxunub: 141     15:16     05 İyun 2026    
Rusiya Azov dənizində "Natra" və "Tsirkon" gəmilərinə hücumla əlaqədar Azərbaycanın Moskvadakı səfirliyi və ölkənin Xarici İşlər Nazirliyi (XİN) ilə sıx təmasdadır.

Ordu.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanın bəyanatında deyilir.

"Azərbaycanın Moskvadakı səfirliyi və Azərbaycanın Xarici İşlər Nazirliyi ilə sıx təmasdayıq", - bəyanatda deyilir.

Daha əvvəl Azərbaycan XİN bildirib ki, Azov dənizində iki xarici yük gəmisinə pilotsuz uçuş aparatları ilə hücum nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub, üç nəfər isə yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Azərbaycan  


Bizi "telegram"da izləyin