Ordu.az xəbər verir ki, bunu Avropa İttifaqı-Qərbi Balkan ölkələri sammiti üçün Tivatda olan Xorvatiya Baş naziri Andrey Plenkoviç "Report"un Balkan bürosuna açıqlamasında deyib.
O qeyd edib ki, enerji marşrutları, xüsusilə də Orta Dəhliz çərçivəsindəki marşrutlar bütün Avropa İttifaqının enerji təchizatının təhlükəsizliyi baxımından son dərəcə vacibdir:
"Azərbaycan və digər Qafqaz ölkələri, eləcə də Mərkəzi Asiya ölkələri bu sahədə mühüm rol oynayırlar. Buna görə də Xorvatiyanın həm Qafqaz, həm də Mərkəzi Asiya ölkələri enerji sahəsində əməkdaşlığı getdikcə genişlənir və inkişaf edir".
Ordu.az