Macarıstan Ermənistan, Gürcüstan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandırır

2026/06/1780659551.jpg
Oxunub: 181     15:28     05 İyun 2026    
Macarıstan hökuməti bu gündən etibarən Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandırır.

Ordu.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Vanda Sondi bildirib.

Onun sözlərinə görə, hökumət əcnəbi işçilərin yerli işçilərin əməkhaqqısının artımını ləngitdiyi ilə bağlı narahatlıqlara görə onların işə düzəlmə qaydalarını sərtləşdirmək niyyətindədir.

V.Sondi bildirib ki, bu, ölkəyə əcnəbi işçi axınının tənzimlənməsində ilk addım olacaq.

Bununla yanaşı, artıq Macarıstanda olan əcnəbi işçilər icazələrin müddətinin uzadılması üçün müraciət edə biləcəklər, əvvəllər verilmiş ərizələrə isə müəyyən olunmuş qaydada baxılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Macarıstan   Ermənistan   Gürcüstan   Filippin  


Bizi "telegram"da izləyin