Ordu.az xəbər verir ki, bu barədə “Politico” nəşri daxili sənədə istinadən məlumat yayıb.
Məlumata görə, baş katib və onun iki müavini vəzifələri üzrə müraciətlərin qəbulu iyunun 18-dək davam edəcək.
Avropa İttifaqı institutlarındakı mənbə bildirib ki, belə yüksək vəzifələr üçün müraciət müddətinin bu qədər qısa olması qeyri-adidir.
Nəşr qeyd edib ki, sözügedən vəzifələr böyük əhəmiyyət daşıyır. Çünki həmin şəxslər 5 min əməkdaşdan ibarət heyətə rəhbərlik edir və Avropa İttifaqı ölkələrinin paytaxtları, Avropa Komissiyası və Avropa Şurası ilə xarici siyasət üzrə əlaqələndirməni həyata keçirirlər.
“Politico”nun məlumatına görə, Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi Belen Martinez Karbonel Avropa İttifaqının Meksikadakı nümayəndəliyinə rəhbərlik etmək üçün vəzifəsini tərk edəcək.
Daha əvvəl nəşr Karbonelin istefa tarixinin hələ müəyyənləşdirilmədiyini yazmışdı. O, bu vəzifəyə 2025-ci il fevralın ayında təyin olunub.
“Politico”nun qeyd etdiyi kimi, vəzifələrin yenidən bölüşdürülməsi Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın başladığı islahatların nəticəsidir.
Xüsusilə yeni rəhbər vəzifə yaradılıb və Karbonelin səlahiyyətlərinin bir hissəsi, o cümlədən diplomatik korpusla qarşılıqlı fəaliyyət funksiyaları həmin vəzifəyə verilib.
Sevinc Əliyeva
Ordu.az