Alen Simonyan Frankofoniya müşahidəçiləri ilə seçki proseslərini müzakirə edib

2026/06/1780655175.jpg
Oxunub: 174     14:29     05 İyun 2026    
Ermənistan parlamentinin sədri Alen Simonyan Frankofoniya müşahidə missiyasının nümayəndələri ilə görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Alen Simonyan iyunun 5-də Frankofoniya müşahidə missiyasının rəhbəri Filipp Kurarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

“Tərəflər seçkiqabağı təşviqat kampaniyasının gedişini, eləcə də seçki prosesləri ilə bağlı məsələləri müzakirə ediblər. Həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar”, - deyə məlumatda qeyd edilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Ermənistan  


Bizi "telegram"da izləyin