Peskov: “Ermənistan faktiki olaraq KTMT-nin fəaliyyətində iştirakını dayandırıb”

2026/06/1780654647.jpg
Oxunub: 248     14:16     05 İyun 2026    
“Ermənistan faktiki olaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının fəaliyyətində iştirak etmir”.

Ordu.az xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində “İzvestiya”nın studiyasında çıxışı zamanı bildirib.

“Ermənistan faktiki olaraq artıq kifayət qədər uzun müddətdir ki, KTMT-nin fəaliyyətində iştirak etmir”, - deyə Kremlin nümayəndəsi qeyd edib.

Peskov həmçinin əmin olduğunu bildirib ki, Avrasiya İqtisadi Birliyi istiqamətində fəaliyyət İrəvan üçün daha əhəmiyyətli və faydalı yoldur.

Kremlin sözçüsü Rusiya prezidenti Vladimir Putinin mövqeyini xatırladaraq vurğulayıb ki, Moskva üçün erməni xalqı üçün faydalı olan hər bir addım müsbət qiymətləndirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Peskov   Ermənistan   KTMT  


Bizi "telegram"da izləyin