Erməni vəkil: “Armen Aşotyan məhkəməyə aparılacaq, bu dəfə ona daha absurd ittiham irəli sürülüb”

2026/06/1780655209.jpg
Oxunub: 188     14:33     05 İyun 2026    
“Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyana qarşı yeni ittiham irəli sürülüb”.

Ordu.az xəbər verir ki, bu barədə erməni vəkil Ruben Melikyan İstintaq Komitəsinin binası qarşısında jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Armen Aşotyan məhkəməyə aparılacaq və bu dəfə ona əvvəlkindən də daha absurd ittiham irəli sürülüb.

“İbtidai istintaq orqanı bizi istintaq sirri ilə bağlı məhdudlaşdırıb. Lakin ittiham elan edildi, dindirilmə aparıldı. Yalnız bir müqayisə aparacağam, budəfəki ittiham daha da absurddur. Armen Aşotyan bu icraatla bağlı, ümumiyyətlə isə heç bir qanunsuz əməl törətməyib. İstintaq sirri ilə bağlı məhdudiyyətlər aradan qalxdıqdan sonra daha ətraflı danışacağıq”, - deyə Melikyan bildirib.

O qeyd edib ki, Respublikaçılar Partiyası seçkilərdə iştirak etməsə də, Armen Aşotyan aktiv ictimai-siyasi fəaliyyət göstərirdi.

“Ötən gün gecə o, Eduard Şarmazanovla birlikdə canlı yayımı şərh edirdi, bu gün də analoji siyasi fəaliyyətlə məşğul olmağı planlaşdırırdı. Lakin bütün bunların qarşısı alındı”, - deyə erməni vəkil vurğulayıb.

Ermənistan İstintaq Komitəsinin açıqladığı rəqəmlərə münasibət bildirən Melikyan qeyd edib ki, həmin məlumatların Armen Aşotyanla birbaşa əlaqəsi yoxdur.

“Bu, tamamilə siyasi qərar və siyasi təqibdir. Güman edirəm ki, bu addım ötən gün İctimai Televiziyanın efirində gördüyümüz biabırçı hadisələrlə bağlıdır. Söhbət uzun müddət əvvəl baş verdiyi iddia edilən hərəkətlərdən gedir və Armen Aşotyanın həmin hadisələrdə iştirakı sıfır səviyyəsindədir. Hətta həmin hərəkətlərin qanuni olub-olmamasını da qiymətləndirmək istəmirəm, sadəcə olaraq Armen Aşotyanın burada heç bir iştirakı yoxdur”, - deyə o bildirib.

Melikyan çıxışının sonunda deyib ki, Armen Aşotyan vətəndaşlara ən vacib mesajını çatdırmaq istəyir.

“Onun mesajı budur ki, iyunun 7-də seçkiyə getsinlər və repressiya dalğası onları ruhdan salmasın”, - deyə vəkil qeyd edib.

Xatırladaq ki, bu gün Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan saxlanılıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Melikyan   Aşotyan  


Bizi "telegram"da izləyin