Ordu.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Avropaya yönəlmə ilə Avrasiya İqtisadi Birliyinə yönəlmə müqayisə olunarsa, Ermənistan üçün üstün gələn məhz Avrasiya İqtisadi Birliyi olacaq.
“Biz əminik ki, əgər Avropaya yönəlmə ilə Avrasiya İqtisadi Birliyinə yönəlmə tərəzinin gözlərinə qoyulsa, Ermənistan üçün Avrasiya İqtisadi Birliyi üstün gələcək. Bu, ermənilər üçün daha sərfəlidir. Bu, daha faydalıdır. Onlar Avrasiya İqtisadi Birliyində daha çox pul qazanırlar, onların gələcəyi bu birliklə daha yaxşıdır, onlar bu birliklə daha sürətlə inkişaf edirlər. Avropa ilə isə belə olmayacaq”, - deyə Peskov “İzvestiya”ya müsahibəsində bildirib.
Alpər Mövludoğlu
Ordu.az