ABŞ Türkmənistan qazının Transxəzər marşrutlarla ixracını dəstəkləyir

2026/05/1780111932.jpg
Oxunub: 372     01:44     30 May 2026    
ABŞ Türkmənistan təbii qazının ixracının Transxəzər marşrutlarla diversifikasiyasını dəstəkləyir.

Ordu.az-ın Dövlət Departamentinin mətbuat xidmətinə istinadən məlumatına görə, bu barədə ABŞ-nin Dövlət katibi Marko Rubio ilə Türkmənistanın xarici işlər naziri Rəşid Meredov arasında Vaşinqtonda keçirilən görüşün yekunlarına dair bəyanatda deyilir.

Rubio həmçinin Meredova "son ticarət sazişlərində əldə olunmuş tərəqqiyə" görə təşəkkür edib. Tərəflər energetika, təhlükəsizlik və ticarət sahələrində əməkdaşlığın daha da genişləndirilməsi yollarını müzakirə ediblər.

"Dövlət katibi ABŞ-nin Türkmənistandan təbii qaz ixracının Transxəzər marşrutlar vasitəsilə diversifikasiyasına qəti dəstəyini ifadə edib", - bəyanatda bildirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Türkmənistan   Qaz  


Bizi "telegram"da izləyin