Ordu.az xəbər verir ki, bu barədə NNA agentliyi məlumat yayıb.
Məlumata görə, Adlun şəhərinin kənarında yerləşən Əl-Xartiya rayonuna İsrail tərəfindən həyata keçirilən hücum nəticəsində azı 8 nəfər həlak olub.
Həlak olanların Suriyanın vətəndaşları olduğu bildirilib. Hazırda xilasedici qruplar hücumdan sonra ərazidə baxış və axtarış-xilasetmə işlərini davam etdirirlər.
Sevinc Əliyeva
Ordu.az