Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadən məlumat yayıb.
Nəşr qeyd edir ki, bu fakt BƏƏ-nin ABŞ və İsrailin həyata keçirdiyi hava kampaniyasına əvvəl düşünüləndən daha dərin şəkildə cəlb olunduğunu göstərir.
“Zərbələrin miqyası ölkənin öz strateji maraqları hesab etdiyi məsələləri qorumaq üçün getdikcə daha böyük hazırlıq nümayiş etdirdiyinin növbəti sübutudur. Bu, onu İran mənbəli təhdidlərə qarşı daha ehtiyatlı mövqe tutan Fars körfəzi regionunun bəzi qonşularından fərqləndirir”, - deyə nəşr bildirib.
Sevinc Əliyeva
Ordu.az