İshaq Dar Vaşinqtonda Rubio ilə Pakistan-ABŞ münasibətlərinin inkişafını müzakirə edib

2026/03/1772697828.jpg
Oxunub: 355     20:32     29 May 2026    
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar Vaşinqtonda ABŞ Dövlət katibi Marko Rubio ilə ikitərəfli görüş keçirib.

Ordu.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, tərəflər Pakistan-ABŞ münasibətlərində müşahidə olunan müsbət dinamikanı məmnunluqla qeyd edib, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar:

"Rubio Pakistanın regionda və onun hüdudlarından kənarda sülh və sabitliyin təmin olunması istiqamətində göstərdiyi diplomatik və vasitəçilik səylərini yüksək qiymətləndirib.

Tərəflər həmçinin ticarət və investisiya, təhlükəsizlik, eləcə də terrorizmlə mübarizə sahələrində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər", - məlumatda qeyd olunub.

Bununla yanaşı, yüksək səviyyəli qarşılıqlı səfərlərin davam etdirilməsi və regional sülh, təhlükəsizlik, rifah naminə ortaq maraqlara əsaslanan Pakistan-ABŞ tərəfdaşlığının daha da inkişaf etdirilməsi qərara alınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İshaq-Dar   Rubio  


Bizi "telegram"da izləyin