Ordu.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində paylaşım edib.
“Biz bu düşüncəsiz müdaxiləni pisləyirik. NATO ərazisinin hər santimetrini müdafiə edəcəyik”, - deyə Uitaker yazıb.
Xatırladaq ki, ötən gecə Rusiyadan buraxıldığı bildirilən pilotsuz uçuş aparatı Rumıniyanın Qalats şəhərində yerləşən çoxmərtəbəli yaşayış binasına çırpılıb.
Toqquşma nəticəsində yanğın baş verib və iki nəfər yaralanıb. Rumıniya Müdafiə Nazirliyi yaşayış binasına Rusiya pilotsuz uçuş aparatının çırpıldığını təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az