Ordu.az xəbər verir ki, bunu Avropa Komissiyasının mətbuat katibi Anita Hiper brifinq zamanı bildirib.
O, Kiprdə keçirilən xarici işlər nazirlərinin görüşü və Avropa İttifaqının Rusiya ilə mümkün danışıqlarda irəli sürdüyü tələblərlə bağlı suala cavab verib.
“Xarici işlər nazirləri bizim hələ fevral ayında təqdim etdiyimiz sənədi müzakirə ediblər. Həmin sənəddə Rusiyadan tələb etdiyimiz güzəştlər yer alıb. Üzv dövlətlər əlavə ideyalar da irəli sürüblər və biz onları nəzərdən keçirəcəyik”, - deyə Hiper bildirib.
Onun sözlərinə görə, istənilən sülh danışıqlarının əsas şərti qeyd-şərtsiz atəşkəsdir.
“Biz həmçinin daha geniş təhlükəsizlik məsələlərini də nəzərə almalıyıq. Çünki Rusiyanın hərbi qüvvələrinin Gürcüstan və Moldova kimi region ölkələrində yerləşdirildiyini görürük”, - deyə Avropa Komissiyasının nümayəndəsi vurğulayıb.
Hiper əlavə edib ki, Kaya Kallasın hazırladığı sənəd Avropa İttifaqına üzv ölkələr arasında geniş dəstəyə malikdir.
“Bu məsələdə geniş dəstək mövcuddur və heç bir şübhə yoxdur ki, biz Rusiyaya təzyiqləri artırmalıyıq”, - deyə o bildirib.
Sevinc Əliyeva
Ordu.az