Ordu.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin səlahiyyətli nümayəndəsi Artyom Joqa məlumat verib.
Raket təhlükəsi Ural Federal Dairəsinə daxil olan bütün altı regionda, Kurqan, Sverdlovsk, Çelyabinsk və Tümen vilayətlərində, həmçinin Xantı-Mansi və Yamalo-Nenets muxtar dairələrində elan olunub.
Bu, eyni zamanda Tümen vilayəti və Yamalo-Nenets muxtar dairəsində raket təhlükəsinin ilk dəfə elan edilməsi halıdır. Mümkün insidentlərlə bağlı hələlik rəsmi məlumat yayılmayıb.
Qeyd edək ki, Ural Federal Dairəsinin cənub sərhədlərindən Rusiya-Ukrayna sərhədinədək məsafə 2 min kilometrdən çoxdur.
Sevinc Əliyeva
Ordu.az