Livan Prezidenti Rubio ilə danışığında İsraillə atəşkəsin həlledici əhəmiyyət daşıdığını bildirib

2026/05/1780071204.jpg
Oxunub: 334     20:07     29 May 2026    
Livan Prezidenti Jozef Aun ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığında İsraillə atəşkəsin təmin olunmasının həlledici əhəmiyyət daşıdığını bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon danışığı Pentaqonda Livan və İsrail hərbi nümayəndə heyətlərinin görüşü fonunda baş tutub.

Aunun ofisinin yaydığı bəyanatda qeyd olunur ki, Livan Prezidenti söhbət zamanı atəşkəsə nail olmaq üçün bütün səylərin göstərilməsinin vacibliyini vurğulayıb.

O bildirib ki, atəşkəsin əldə olunması sonrakı bütün addımlar üçün əsas şərtdir. “Bu, digər mərhələlərə keçid üçün vacib addımdır”, - deyə bəyanatda qeyd olunub.

Öz növbəsində Rubi ABŞ administrasiyasının Vaşinqtonda Livan və İsrail səfirləri səviyyəsində keçirilmiş əvvəlki görüşlərin nəticələrinin möhkəmləndirilməsinə sadiq qaldığını təsdiqləyib.

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ dövlət katibi Livanın sabitliyinə, müstəqilliyinə və suverenliyinə dəstəyini ifadə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   Aun  


Bizi "telegram"da izləyin