Ordu.az xəbər verir ki, bu barədə baş nazirin müavini və milli müdafiə naziri Vladislav Kosinyak-Kamış məlumat verib.
RMF24 nəşrinin məlumatına görə, saxlanılan şəxs “Polşa Silahlanma Qrupu”na (PGZ) daxil olan müəssisələrdən birində çalışıb.
Nazirin sözlərinə görə, şübhəli şəxs 2026-cı il mayın 27-də, çərşənbə günü saxlanılıb.
O bildirib ki, Poznan dairə məhkəməsi cümə günü həmin şəxs barəsində üç aylıq müvəqqəti həbs qətimkan tədbiri seçilməsi barədə qərar qəbul edib.
Müdafiə naziri dəqiqləşdirib ki, söhbət Polşa Cinayət Məcəlləsinin 130-cu maddəsinin 2-ci hissəsi üzrə aparılan istintaqdan gedir.
Həmin maddə xarici kəşfiyyat orqanlarının fəaliyyətində iştirak etməyə və ya onlara dövlətə zərər vura biləcək məlumatların ötürülməsinə görə məsuliyyət nəzərdə tutur.
Bu maddə üzrə cəza 8 il müddətinə azadlıqdan məhrumetmədən ömürlük həbsədək dəyişir.
Kosinyak-Kamış həmçinin bildirib ki, iş üzrə materiallar Hərbi Əks-Kəşfiyyat Xidməti tərəfindən Daxili Təhlükəsizlik Agentliyinin dəstəyi ilə toplanıb.
Sevinc Əliyeva
Ordu.az