Ordu.az xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.
“Qüvvələrimiz Litani çayını keçib və dominant yüksəkliklərə çıxıb. Biz həmçinin Beyrutda və Bəqaa vadisində, bütün cəbhə boyu fəaliyyət göstəririk və “Hizbullah”a güclü zərbələr endiririk”, - deyə Netanyahu ölkənin şimal sərhədinə səfəri zamanı bildirib.
Litani çayı ənənəvi olaraq Livanda mühüm şərti xətt hesab olunur. Bu xəttdən cənubda “Hizbullah” hərəkatının nəzarət və təsir zonalarının daha güclü olduğu qəbul edilir.
Netanyahunun bəyanatı faktiki olaraq İsrailin Livanın cənubunun dərinliklərində quru əməliyyatlarını genişləndirdiyini təsdiqləyir.
Eyni zamanda, bu açıqlama artıq regiondan kənara çıxmaq riski daşıyan İsrail-Livan qarşıdurmasının intensivliyinin artdığını göstərir.
Sevinc Əliyeva
Ordu.az