Polşaya ilk "F-35" qırıcıları təhvil verilib

2026/05/1780035631.jpg
Oxunub: 316     18:27     29 May 2026    
Polşaya ölkənin Hərbi Hava Qüvvələrinin (HHQ) silahlanmasına daxil ediləcək ilk "F-35" qırıcıları təhvil verilib.

Ordu.az xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının (NATO) "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb.

"Bu həm Polşa HHQ, həm də NATO-nun şərq cinahı üçün tarixi hadisədir və regionda daimi yerləşdirilən beşinci nəsil döyüş təyyarələrinin meydana gəlməsini simvolizə edir", - məlumatda qeyd olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: F-35   Polşa  


Bizi "telegram"da izləyin