Çin Yaponiyanın yeni kəşfiyyat strukturu yaratmaq planından narahatdır

2026/05/thumb-1779972719.jpg
Oxunub: 412     01:51     30 May 2026    
Çin Yaponiyanın milli kəşfiyyat şurası yaratmaq qərarı ilə bağlı narahatlığını ifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin açıqlama verib.

Məlumata görə, Yaponiya parlamenti çərşənbə günü səs çoxluğu ilə hökumətin kəşfiyyat imkanlarını gücləndirməyə yönəlmiş yeni qurumun yaradılması haqqında qanun qəbul edib.

Yeni şuraya Yaponiyanın Baş naziri rəhbərlik edəcək, Milli Kəşfiyyat Bürosu isə onun icraedici orqanı funksiyasını yerinə yetirəcək.

Bununla ölkənin parçalanmış kəşfiyyat strukturlarının vahid komanda altında birləşdirilməsi nəzərdə tutulur.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib ki, Pekin həm Yaponiyada, həm də ölkə xaricində mübahisə və şübhələr doğuran bu addımdan narahatdır.

“Tarixən Yaponiya kəşfiyyat xidmətləri ölkənin militarizminin və işğalçı müharibələrinin əsasını formalaşdırıb, qonşu Asiya ölkələrinə və Yaponiya xalqına qarşı saysız-hesabsız cinayətlər törədib”, - deyə Mao Nin vurğulayıb.

Çin rəsmisi Yaponiya rəhbərliyini “tarixdən dərs çıxarmağa və ehtiyatlı davranmağa” çağırıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Yaponiya  


Bizi "telegram"da izləyin