XİN: Gürcüstan Azərbaycanla dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir

2025/12/1766321871.jpg
Oxunub: 278     15:23     28 May 2026    
Gürcüstan Azərbaycanla möhkəm dostluğunu və strateji tərəfdaşlığını yüksək qiymətləndirir.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycanın Müstəqillik Günü münasibətilə "X" sosial şəbəkəsində paylaşdığı mesajda deyilir.

"Azərbaycanı Müstəqillik Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. Gürcüstan ölkələrimiz arasındakı möhkəm dostluğu və strateji tərəfdaşlığı yüksək qiymətləndirir. Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük uğurlar arzulayırıq", - nazirlik yazıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Azərbaycan  


Bizi "telegram"da izləyin