Ordu.az xəbər verir ki, Şuşanın Böyük Qaladərəsi kəndində sakinlərlə görüşündə dövlət başçısı bildirib ki, onun fikrincə bu ən düzgün seçimdir:
"Müstəqillik Günü bayramını azad edilmiş torpaqlarda qeyd edirəm və bu, artıq bir ənənəyə çevrilib. Hesab edirəm ki, ən düzgün seçimdir. Bu Müstəqillik Günü hər birimiz üçün çox əzizdir. Amma o da faktdır ki, o vaxt - 1918-ci ildə əldə edilmiş müstəqillik cəmi iki il çəkdi. Onu o vaxt saxlaya bilmədik, əlimizdən alındı. Ondan sonra 70 il müstəqil dövlət kimi yaşamadıq", - o deyib.
Ordu.az