Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də hökumətdə keçirilən brifinq zamanı bildirib.
“Bu, bizim suveren qərarımızdır və biz öz suveren qərarlarımızı qəbul edəcəyik. Proqramlarımızda heç nə dəyişməyib”, - deyə Paşinyan vurğulayıb.
Ermənistan Baş naziri çiyələk, qızılgül və digər məhsullarla bağlı problemlərə də münasibət bildirib.
O qeyd edib ki, əvvəllər də oxşar çətinliklər olub və 2018-ci ildən etibarən bütün tərəfdaşlara eyni mesaj verilib.
“Bütün məhsullar standartlara uyğun istehsal edilməlidir. Biz suverenliyimiz hesabına standartlara cavab verməyən məhsulların ixracını dəstəkləmək niyyətində deyilik”, - deyə Paşinyan bildirib.
Bununla yanaşı, o əlavə edib ki, müəyyən edilmiş standartlara cavab verən bütün istehsalçılara dəstək göstəriləcək.
Alpər Mövludoğlu
Ordu.az