Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Məlumata görə, hadisə respublika gününə həsr olunmuş paraddan sonra Paşinyanın bayram əhvalını açıq şəkildə korlayıb.
Erməni jurnalist Vahe Makaryan Paşinyana üç sual ünvanlayıb.
Birinci sual ABŞ Prezidenti Donald Tramp və Fransa Prezidenti Emmanuel Makronun seçkilər ərəfəsində göstərdiyi açıq dəstək və Ermənistanın daxili işlərinə ehtimal edilən müdaxilə ilə bağlı olub.
İkinci sual “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanın açıqlaması ilə əlaqədar verilib.
Tsarukyan Paşinyana qarşı səsləndirdiyi casusluq ittihamını sübut edə bilməyəcəyi halda onu öz şirlərinin qəfəsinə oturmağa çağırmışdı.
Üçüncü sual isə Paşinyanın “isterik və psixoloji davranışı”, eləcə də onun ətrafı ilə bağlı olub.
Makaryan hətta xüsusilə diqqət çəkən şəxslərin adlarını da sadalayıb. Erməni jurnalistin uzun suallarını dinlədikdən və getdikcə qızardıqdan sonra Paşinyan bildirib ki, jurnalist məhkəməyə müraciət etmək üçün kifayət qədər əsas yaradıb.
Paşinyan jurnalisti həddini bilməyə çağırıb və sualları cavablandırmaqdan imtina edib.
Alpər Mövludoğlu
Ordu.az