Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 28-də keçirilən brifinq zamanı bildirib.
Məlumata görə, bu məsələ ABŞ dövlət katibi Marko Rubionun İrəvana qısamüddətli səfəri çərçivəsində imzalanmış, faydalı qazıntılar və nadir torpaq minerallarının hasilatı və emalına dair sənədlərlə bağlı suala cavab olaraq gündəmə gətirilib.
Paşinyan qeyd edib ki, son illərdə bu sahə ciddi şəkildə dəyişib və 40-50 il əvvəl yalnız geoloji maraq doğuran minerallar indi iqtisadiyyat, süni zəka və kosmik texnologiyalar sahəsində böyük əhəmiyyət qazanıb.
“Hazırda yeraltı sərvətləri öyrənmək üçün hər zaman qazma işləri aparılmır. Kosmik texnologiyaların köməyi ilə torpaq təbəqələri skan edilir. Əslində söhbət ABŞ-nin dəstəyi ilə Ermənistanın yeni geoloji xəritəsinin hazırlanmasından gedir”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az