Azərbaycandan tranzit keçməklə Ermənistana karbamid və un göndəriləcək

2026/03/Ekran-1774334073.jpg
Oxunub: 310     19:01     27 May 2026    
Sabah Azərbaycan ərazisindən tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçiriləcək.

Ordu.az xəbər verir ki, bu ölkəyə 2 vaqon karbamid və 1 vaqon un göndəriləcək.

Qatar saat 11:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin