Ordu.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, Rusiyanın Ermənistandakı səfirliyi energetika naziri Sergey Tsivilyovun Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə ünvanladığı məktubu rəsmi şəkildə təqdim edib.
“Məktubda bildirilir ki, Ermənistanın Avropa İttifaqına üzvlük prosesi davam etdiriləcəyi təqdirdə Rusiya tərəfi 2013-cü il dekabrın 2-də imzalanmış “Təbii qaz, neft məhsulları və emal olunmamış təbii almazların tədarükü sahəsində əməkdaşlıq haqqında” sazişi birtərəfli qaydada dayandıracaq və ya ləğv edəcək”, - deyə Zaxarova “RIA Novosti”yə müsahibəsində bildirib.
Alpər Mövludoğlu
Ordu.az