Rubio: “İranla nüvə məsələsi üzrə müvəqqəti razılaşma əldə etmək üçün yaxşı imkanlar var”

2026/05/1779474361.jpg
Oxunub: 354     10:24     25 May 2026    
ABŞ dövlət katibi Marko Rubio İranla nüvə məsələsi üzrə razılaşmanın əldə olunması üçün yaxşı imkanların mövcud olduğunu bildirib.

Ordu.az xəbər verir ki, onun sözlərini “Reuters” agentliyi yayıb.

Rubio qeyd edib ki, hazırda Hörmüz boğazının açılması, bölgədə sabitliyin təmin olunması və nüvə məsələsi ilə bağlı real, əhəmiyyətli və vaxt məhdudiyyətli danışıqların aparılması üçün kifayət qədər möhkəm əsas mövcuddur.

“Ümid edirəm ki, biz bunu həyata keçirə biləcəyik”, - deyə o bildirib.

ABŞ dövlət katibi əlavə edib ki, Vaşinqton alternativ variantlara keçməzdən əvvəl münaqişənin diplomatik yolla həlli üçün bütün mümkün vasitələrdən istifadə etməyə hazırdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rubio   ABŞ   İran  


Bizi "telegram"da izləyin