“Politico”: Fon der Lyayen PUA-larla bağlı insidentlərə görə Litvaya səfər edəcək

2026/05/1779686760.jpg
Oxunub: 374     09:32     25 May 2026    
Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen pilotsuz uçuş aparatları ilə bağlı insidentləri müzakirə etmək üçün mayın 26-da Litvaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, fon der Lyayenin Baltikyanı ölkələrin dövlət və hökumət başçıları ilə cavab tədbirlərini koordinasiya etmək üçün görüşəcəyi gözlənilir.

Avropa Komissiyasının müdafiə və kosmos məsələləri üzrə komissarı Andryus Kubilyus da Litvaya səfər edəcək.

Qeyd olunur ki, səfər çərçivəsində Baltikyanı ölkələrə dəstək ifadə olunmaqla yanaşı, əsas diqqət komissiyanın maliyyələşdirmə və planlaşdırma sahəsində əsas təşəbbüsləri vasitəsilə ümumi müdafiə imkanlarının gücləndirilməsinə yönələcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen   PUA   Litva  


Bizi "telegram"da izləyin