Tramp bir sıra ölkələri İsraillə münasibətləri normallaşdırmağa çağırıb

2026/05/1779686449.jpg
Oxunub: 382     09:25     25 May 2026    
ABŞ Prezidenti Donald Tramp bir sıra ərəb və digər müsəlman ölkələrini İsraillə münasibətləri normallaşdırmağa çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə “Axios” portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, şənbə günü keçirilən telefon konfransı zamanı Tramp bildirib ki, İran ilə müharibənin dayandırılması barədə razılaşma əldə olunarsa, həmin ölkələrin İsraillə sülh sazişləri imzalamasını istəyir.

Mənbənin sözlərinə görə, mayın 23-də Tramp Bəhreyn, Misir, İordaniya, Qətər, BƏƏ, Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə liderləri ilə telefon danışığında İsraillə münasibətlərin normallaşdırılmasını gözlədiyini bəyan edib.

Söhbət hələ “İbrahim razılaşmaları”na qoşulmayan və İsraillə sülh müqaviləsi olmayan ölkələrdən gedir.

Portalın məlumatına görə, İsraillə diplomatik münasibət saxlamayan Qətər, Pakistan və Səudiyyə Ərəbistanı nümayəndələri bu təşəbbüsü təəccüblə qarşılayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin