Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Pezeşkian bildirib ki, İranın mövqeyi dəyişməz olaraq qalır və Tehran nüvə proqramının dinc xarakter daşıdığına dair zəmanət verməyə hazırdır.
Onun sözlərinə görə, İran Yaxın Şərqdə qarışıqlıq yaratmaq niyyətində deyil.
Eyni zamanda İran Prezidenti İsraili bütün regionda gərginliyi artırmaqda ittiham edib.
O bildirib ki, İsrail hökuməti münaqişə və qeyri-sabitliyi saxlamaq üçün bütün imkanlardan istifadə edir.
Pezeşkian həmçinin qeyd edib ki, İsrail “Böyük İsrail” ideyası çərçivəsində daha geniş regional gündəm həyata keçirməyə çalışır.
Tehran ilə Vaşinqton arasında keçirilən son danışıqlara toxunan İran Prezidenti vurğulayıb ki, iranlı danışıqlarçılar ölkənin ləyaqəti və milli maraqları hesabına güzəştə getməyəcəklər.
“Biz və danışıqlarçılarımız heç vaxt İranın şərəfini və suverenliyini qurban verməyəcəyik”, - deyə o bildirib.
Pezeşkian insanların yaşayış şəraitinin yaxşılaşdırılmasını da hökumətin əsas prioritetlərindən biri adlandırıb.
O əlavə edib ki, rəsmilər iqtisadi problemlərin və ictimai narahatlıqların həlli istiqamətində davamlı fəaliyyət göstərirlər.
Sevinc Əliyeva
Ordu.az