Xameneyinin hərbi müşaviri: “Təzyiq və təhdidlər olarsa, İran Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxacaq”

2026/05/1779685556.jpg
Oxunub: 337     09:04     25 May 2026    
İranın ali rəhbərinin hərbi müşaviri Möhsün Rezai İranın Fars körfəzi və Hörmüz boğazı bölgəsində istənilən düşmən fəaliyyətinə “sərt və görünməmiş” cavab verəcəyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Rezai bildirib ki, təzyiq və ya hərbi müdaxilə cəhdləri olarsa, Tehran “ciddi cavab tədbirləri” görməyə hazırdır. Bu tədbirlərə mümkün dəniz blokadasını yarmağa yönəlmiş əməliyyatlar da daxildir.

O həmçinin xəbərdarlıq edib ki, ölkəyə qarşı təzyiq və təhdidlər davam edərsə, İranın mümkün addımlarından biri Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmaq ola bilər.

Rezai qeyd edib ki, münaqişənin davam etməsi ABŞ-nin iqtisadiyyatına və Amerika cəmiyyətinə ciddi zərər vuracaq.

Bu baxımdan o, İranla danışıqları Vaşinqton üçün “ən az xərc tələb edən variant” adlandırıb.

İranlı siyasətçi əlavə edib ki, hazırkı danışıqlar prosesi İranın “strateji səbr”i sayəsində mümkün olub. Lakin onun sözlərinə görə, bunun arxasında “dərin qəzəb” və iranlı hərbi komandirlərin öldürülməsinə cavab vermək istəyi dayanır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rezai  


Bizi "telegram"da izləyin