Ordu.az-ın məlumatına görə, onun açıqlamaları ordunun mətbuat xidməti tərəfindən yayılıb.
"Bu gün (24 may) şimalda hərbi əməliyyatların davam etdirilməsi planlarını təsdiqlədim. Biz "Hizbullah"a və onun bütün terrorçu strukturlarına qarşı zərbələri gücləndirməkdə tam qərarlıyıq", - E.Zamir bildirib.
O qeyd edib ki, "Hizbullah"a dəyən zərər sistematik və ardıcıldır.
"Biz "Hizbullah" terrorçularına zərbə endirməyə və məhv etməyə, eləcə də onların İsrailin şimal ərazilərinin sakinləri və ordunun qoşunları qüvvələri üçün təhlükə yaradan obyektlərinin məhv olunmasını davam etdiririk", - E.Zamir əlavə edib.
Ordu.az