Erməni deputatın iki komanda üzvü saxlanılıb, onlardan biri Gümrü meri şurasının üzvüdür

2026/05/1779463763.jpg
Oxunub: 360     19:24     22 May 2026    
Bu gün Ermənistan parlamentinin deputatı, “Çiçəklənən Ermənistan” partiyasının siyahısı ilə deputatlığa namizəd göstərilən Martun Qriqoryanın komanda üzvlərinin evlərində də axtarışlar aparılıb, iki nəfər saxlanılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Aravot” nəşri məlumat yayıb.

Məlumata görə, saxlanılanlardan biri Gümrü meri şurasının üzvü Artak Hovsepyandır. Komanda üzvlərindən birini isə ofisə çatmamış patrul polisi izləyib.

“News.am” bundan əvvəl bildirmişdi ki, bu gün, mayın 22-si səhər saat 7-dən etibarən deputat Martun Qriqoryanın mənzilində və avtomobilində axtarışlar aparılır, daha sonra isə ofislərdə və komanda üzvlərinin evlərində də axtarışların həyata keçirilməsi planlaşdırılır.

Bildirilib ki, Martun Qriqoryanın telefonu götürülüb, halbuki bunun üçün hüquqi əsas olmayıb.

Erməni deputatın seçki qərargahında bu addımlar təhdid cəhdi və qorxu mühiti yaratmaq cəhdi kimi qiymətləndirilib.

Onlar bunu bələdiyyə seçkiləri zamanı da müşahidə etdiklərini, həmin vaxt da eyni üsulun tətbiq olunduğunu deyiblər.

Ermənistan Korrupsiyaya qarşı Mübarizə Komitəsindən “News.am”ın sorğusuna cavab olaraq təsdiqlənib ki, Martun Qriqoryanın evində aparılan axtarışlar komitədə araşdırılan cinayət işi çərçivəsində həyata keçirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qriqoryan  


Bizi "telegram"da izləyin