SEPAH bir gün ərzində 30-dan çox gəminin Hörmüz boğazından uğurla keçdiyini bildirib

2026/05/1779463575.jpg
Oxunub: 365     19:14     22 May 2026    
İranın İslam İnqilabı Keşikçiləri Korpusu 31 ticarət gəmisinin, o cümlədən neft tankerləri və konteyner daşıyan gəmilərin son 24 saat ərzində Hərbi Dəniz Qüvvələrinin koordinasiyası ilə Hörmüz boğazından uğurla keçdiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, cümə axşamı yayılan bəyanatda İKKK Hərbi Dəniz Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsi son 24 saat ərzində neft tankerləri, konteyner daşıyan və digər ticarət gəmilərinin boğazdan təhlükəsiz keçidinin təmin edildiyini bildirib.

Bəyanatda qeyd olunub ki, ABŞ-nin terrorçu silahlı qüvvələrinin təcavüzünə və Fars körfəzində, xüsusilə Hörmüz boğazında təhlükəsizlik baxımından görünməmiş vəziyyətin yaranmasına baxmayaraq, İKKK Hərbi Dəniz Qüvvələri qlobal ticarətin davamlılığını təmin etmək üçün aydın və təhlükəsiz marşrut formalaşdırmağa çalışıb.

İran hakimiyyəti Fars körfəzində yerləşən Hörmüz boğazına nəzarət edir və çərşənbə günü bu strateji keçiddən hərəkət üçün koordinasiya və icazə tələb olunduğunu açıqlayaraq su yoluna nəzarət zonasını müəyyən edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SEPAH   Hörmüz  


Bizi "telegram"da izləyin