Hikmət Hacıyev WUF13-ü işıqlandıran mətbuat nümayəndələrinə təşəkkür edib - VİDEO

2026/05/Ekran-1779191918.jpg
Oxunub: 553     17:25     22 May 2026    
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev mətbuat nümayəndələrinə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işıqlandırılmasına görə təşəkkür edib.

Ordu.az xəbər verir ki, o, mətbuat üçün ayrılan məkana gələrək jurnalistlərlə görüşüb.

"Çox ağır və zəhmətli iş idi. Hər gün erkən saatlardan axşama qədər çox intensiv fəaliyyət göstərdiniz. Sizin fəaliyyətiniz nəticəsidir ki, ölkə ictimaiyyətində də bu tədbirə böyük maraq var. Sizin hamınıza, redaksiyalarınıza təşəkkür edirəm", - H.Hacıyev deyib.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hikmət-Hacıyev   WUF13  


Bizi "telegram"da izləyin