Erməni siyasi xadim: “Hüquq-mühafizə orqanlarının hərəkətlərindən sonra “7or.am” fəaliyyətini dayandırıb”

2020/05/fdf-1589628129.jpg
Oxunub: 514     17:27     22 May 2026    
“Müxalif media resursunun fəaliyyəti seçkiqabağı kampaniya dövründə mühüm əhəmiyyət daşıyırdı”.

Ordu.az xəbər verir ki, bu barədə “Çiçəklənən Ermənistan” partiyasının deputatlığa namizədlər siyahısında ikinci yerdə qərarlaşan Andranik Tevanyan jurnalistlərlə görüşü zamanı bildirib.

Qeyd olunub ki, hüquq-mühafizə orqanları müxalif siyasətçinin evində axtarış aparıblar.

Tevanyan açıqlamasında böyük auditoriyaya malik “7or.am” xəbər saytının fəaliyyətini dayandırdığını bildirib.

“Saytın fəaliyyəti bu mərhələdə seçkiqabağı təşviqat kampaniyası zamanı böyük əhəmiyyət daşıyırdı”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Tevanyan  


Bizi "telegram"da izləyin