Ordu.az xəbər verir ki, bu fikirləri Rusiyanın baş nazir müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında səsləndirib.
O bildirib ki, Moskva Ermənistanın Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı bəyanatları diqqətdən kənarda qoya bilməz.
“Əlbəttə, biz bunu diqqətsiz buraxa bilmərik. Xüsusilə indiki vəziyyətdə, Avropa İttifaqı iqtisadi inteqrasiya birliyindən faktiki olaraq ölkəmizə qarşı düşmən münasibətini gizlətməyən hərbi-siyasi birliyə çevrilir. Biz buna laqeyd qala bilmərik”, - deyə Overçuk qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az