Rusiya baş nazirinin müavini: “Ermənistan mümkün qədər tez Aİ ilə AİB arasında seçim etməlidir”

2026/05/1779456387.jpg
Oxunub: 353     17:15     22 May 2026    
“İrəvan Avropa İttifaqı və Avrasiya İqtisadi Birliyi arasında seçim məsələsində mümkün qədər tez mövqeyini müəyyənləşdirməlidir”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın baş nazir müavini Aleksey Overçuk jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Ermənistanda qəbul olunan bəyanatlar və qanunvericilik aktları nəzərə alınaraq, Moskva İrəvanın Avrasiya İqtisadi Birliyi və ya Avropa İttifaqı ilə bağlı seçimini dəqiqləşdirməsini düzgün hesab edir.

“Heç kim Ermənistanı AİB-dən çıxarmağa çalışmır, sadəcə onlar özləri Aİ-yə üzv olmaq istədiklərini bildiriblər. Buna görə seçim edilməlidir. Bu nə qədər tez baş versə, hamı üçün bir o qədər yaxşı olar”, - deyə Overçuk bildirib.

Baş nazir müavini vurğulayıb ki, Ermənistanın AİB-də iştirakı birlik ölkələrinin daxili bazarlarının erməni məhsulları üçün açılması deməkdir.

“Bu isə bizim daxili bazarımızda erməni məhsullarının rəqabətinin artması deməkdir. Bu müəyyən mənada iqtisadiyyatlarımız üçün mənfi hal ola bilər. Ermənistan Rusiyanın müttəfiqi kimi enerji resurslarının qiymətləri sahəsində güzəştlərdən istifadə edir. Əgər ermənilər AİB-dən çıxmağa qərar versələr, bu məsələlər sivil formada nəzərdən keçirilməlidir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan  


Bizi "telegram"da izləyin