Ordu.az xəbər verir ki, bunu BMT-nin Latın Amerikası və Karib hövzəsi üzrə İqtisadi Komissiyasının (CEPAL) nümayəndəsi Fiona Littlejohn Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Yerli iqtisadi inkişaf və mənzil təminatı. İnklüziv və dayanıqlı şəhərlərin qurulması" adlı tədbirdə bildirib.
"Regionumuzun ən böyük çətinliklərindən biri məhz dövlət siyasətləri ilə bağlı məsələlərdir, elə deyilmi? Çox vaxt yerli səviyyədə həyata keçirilən tədbirlərlə milli səviyyədə formalaşdırılan siyasətlər arasında pərakəndəlik müşahidə olunur. Buna görə də siyasətlərin ən yüksək səviyyədən ən aşağı səviyyəyədək vahidliyini, daxili əlaqəsini, ardıcıllığını və uyğunluğunu təmin etmək, eyni zamanda onları regional və qlobal gündəmlə inteqrasiya etmək vacibdir. Lakin bu yanaşma elə qurulmalıdır ki, real vəziyyətə cavab versin və yerli səviyyədən başlayaraq müxtəlif səviyyələrdə ortaq problemlərə effektiv reaksiya verə biləcək çevik alətlər formalaşdırsın", - deyə o qeyd edib.
Ordu.az